İlin ən nüfuzlu film mükafatları mərasiminə təkcə aktyorlar,aktrisalar, rejissorlar deyil, həm də aşpazlar da böyük həyəcanla hazırlaşır. İlin ən nüfuzlu film mükafatları mərasiminə təkcə aktyorlar,aktrisalar, rejissorlar deyil, həm də aşpazlar da böyük həyəcanla hazırlaşır.

“Oskar 2017”nin menyusu: Qonaqlar nə yeyəcək? Fotolar

İlin ən nüfuzlu film mükafatları mərasiminə təkcə aktyorlar,aktrisalar, rejissorlar deyil, həm də aşpazlar da böyük həyəcanla hazırlaşır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı baş aşpaz Volfqanq Pak fevralın 26-da qonaqları necə təəccübləndirəcəyi ilə bağlı bəzi sirrləri açıqlayıb.

Bu il Oskar menyusuna ənənəvi təamlarla yanaşı, yeniliklər də daxil olacaq. 89-cu film mərasiminə gələn qurmanlara bişmiş tuna balığından tartalet, şirin noxuddan falafel, pendirlə bişirilmiş makaronlar, duzlu krendellər, yeməli qızılla örtülmüş popkorn, manqoyla krevetlər, lobsterli hot-doqlar təqdim olunacaq. Həmçinin, yemək masasına, hisə verilmiş qızılbalıqdan düzəldilmiş mini-heykəlciklər də qoyulacaq.

Mərasim təşkilatçıları artıq, 7 mindən çox krevetka, 15 kiloqram trüfel sifariş ediblər. Masanı Frensis Ford Koppalanın şəxsi şərab zavodunda hazırlanmış içkilər bəzəyəcək.