Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımız sentyabrın 4-də Vətənə qayıdıblar. Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımız sentyabrın 4-də Vətənə qayıdıblar.

Cüdoçularımız Vətənə qayıtdılar - Fotolar

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımız sentyabrın 4-də Vətənə qayıdıblar.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, mötəbər yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) bürünc medal qazanıblar.

AzNews.az