Yeddi aylıq əkizlər İnstaqram ulduzuna çevirilib Yeddi aylıq əkizlər İnstaqram ulduzuna çevirilib

7 aylıq əkizlər İnstaqram ulduzuna çevirildi - Onların...(Fotolar)

Yeddi aylıq əkizlər İnstaqram ulduzuna çevirilib

AzNews.az xəbər verir ki, İzabella və Qabriella adlı yedi aylıq əkizlər özlərinin fərqli xüsusiyyətinə görə İnstaqram ulduzuna çeviriliblər. Məsələ burasındadır ki, əkizlər eyni yumurtalıqdan əmələ gəlməsinə baxmayaraq fərqli dəri rəngləri var. Biri ağ dərili, digəri isə qara dərilidir. Fotogenik körpələrin öz azarkeş ordusu var - dünyanın hər yerindən 15 mindən çox insan onları izləyir. Şəbəkə istifadəçiləri bacıların gözəlliyini tərifləyirlər, lakin mənfi şərhlər də var. Bəziləri bildirirlər ki, eyni yumurta əkizləri necə müxtəlif rəngdə ola bilər. Amma, bəziləri isə bunun mümkünlüyünü bildirirlər.

Əkizlərin anası bildirib ki, onların xarakteri də tamamilə müxtəlifdir. Məsələn, İzabella (ağ dərili) çox sakit uşaqdır, amma Qabriella isə əksinə çox dəcəl, tempramentli uşaqdır.