Türkiyədə Fətullahçı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilata maliyyə dəstəyi verən bir firmada əməliyyat həyata keçirilib. Türkiyədə Fətullahçı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilata maliyyə dəstəyi verən bir firmada əməliyyat həyata keçirilib.

FETÖ-nün etməli olduğu işlərin - Siyahısı

Türkiyədə Fətullahçı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilata maliyyə dəstəyi verən bir firmada əməliyyat həyata keçirilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatda polis basqını zamanı və basqından öncə rəhbər və işçilərin əməl etməli olduğu tədbirləri əks etdirən siyahı tapılıb.

İlk maddəsi "Polisin sənəd və kağızları araşdırmaq səlahiyyəti yoxdur, prokurorlara aparmaq səlahiyyəti var" olan siyahıda, edilməsi lazım olanlar belə sıralanır: "155-ə zəng vurulmalı və telefon açıq tutulmalıdır. Vəkil istəyəcəksən, susmaq hüququndan istifadə edəcəksən. Kompüterlərə şifrə qoyulmalıdır, direktor otaqlarının təmizliyi və təqib edilməsi olmalıdır, problemli kompüterlərin hard diskləri dəyişdirilməlidir, polis tərəfindən götürülən zərf və ya paketlərin üstlərinə imza atılmalıdır, axtarış zamanı mütləq mühafizəçilərdən soruşulmalı və rəhbərliyə xəbər verilməlidir, vəsiqə istənilməlidir, axtarış qərarı istənilməli, başlanğıc və son tarixi ilə səbəbinə baxmalıdır, vəkilə zəng vurulmalı və o gələnə qədər polislər gözlədilməlidir, pis bir vəziyyət varsa zabit kameraya çəkilməlidir, polislər tək başına bir yerə girməməli, yanlarında olmalıyıq, barmaq izinə diqqət edilməlidir".

Sözügedən siyahı firma haqqında terror təşkilatı qurmaq, idarə etmək və üzv olmaq, FETÖ/PDY-yə maliyyə dəstəyi göstərmək məqsədilə dini duyğuların istismar edilməsilə dələduzluq ittihamları ilə açılan cinayət işinə sübut kimi əlavə edilib.

Aydan AXUNDOVA