Bakı Dövlət Universitetinin Mətbuat xidməti BDU-nun yataqxanasında baş verən yanğınla bağlı açıqlama yayıb. Bakı Dövlət Universitetinin Mətbuat xidməti BDU-nun yataqxanasında baş verən yanğınla bağlı açıqlama yayıb.

BDU-dan yanğınla bağlı - Açıqlama

Bakı Dövlət Universitetinin Mətbuat xidməti BDU-nun yataqxanasında baş verən yanğınla bağlı açıqlama yayıb.


AzNews.az həmin açıqlamanı olduğu kimi təqdim edir:

"Bu gün Bakı Dövlət Universitetinin yaşayış olmayan 8 saylı yataqxanasının 8-ci mərtəbəsində yanğın baş verib. 5 kv.m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.

Qeyd edək ki, BDU yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Müşfiqabad qəsəbəsində onlar üçün inşa edilmiş yaşayış kompleksinə köçürülməsindən sona yanğın baş vermiş 8 saylı yataqxanaya qaz və elektrik enerjisinin verilməsi dayandırılıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur".