Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Tovuzda qəza - 52 yaşlı kişi öldü

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 52 yaşlı Qabil Rüstəmov yolu keçərkən onu avtomobil vurub.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Report.az