00:05
(077) 610-22-33

Peterburqda yandırılan “Çinar“ restoranının sahibi bəlli oldu - FOTOLAR

  • >
2 868 7 Dekabr 2012 10:08 | Hadisə

Restoran "Lakomka" Şirkətlər Qrupunun prezidenti İlham Əliyevə məxsusdur



Dünən Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən azərbaycanlılara məxsus "Çinar" restoranının yandırıldığı haqda məlumat yayılmışdı. Xəbərdə restoranın azərbaycanlılara aid olduğu bildirilsə də, sahibinin kim olduğu haqda dəqiq məlumat verilməmişdi.

AzNews.az-ın əldə etdiyi məlumata görə, yandırılan "Çinar" restoranı Sankt-Peterburqda yaşayan "Lakomka" Şirkətlər Qrupunun prezidenti İlham Əliyevə məxsusdur.

Qeyd edək ki, dekabrın 6-da səhər tezdən Sankt-Peterburqun Kalinin rayonunda yerləşən "Çinar" restoranı naməlum şəxslər tərəfindən yandırılmışdı.

Restoranın 22 yaşlı gözətçisi polisə verdiyi ifadədə bildirmişdi ki, yanğını qara gödəkcə və cins geyinmiş, orta boylu iki maskalı şəxs törədib. Onlardan biri tapançaya oxşar alətlə restoranın pəncərəsini sındıraraq içəri tez alışan maddə ilə dolu butulka atıb. Mühafizəçi onları saxlamaq istədikdə maskalılardan biri ona tərəf atəş açıb. Bundan sonra restoranı yandıranlar aradan çıxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Tərlan
AzNews.az
Bağla X