- Köhnə - Hadisə
- 27 Fevral 2017 13:10
- 4 515
35 min manatlıq qızıl oğurlandı
Mənzildən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul və 35.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib.