Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mikroavtobus qadını vurdu

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az