08:50
(077) 610-22-33

"Sərnişin dayanacaqda müvazinətini itirərək avtobusdan yıxılıb"- BNA

  • >
2 764 31 May 2017 10:38 | Hadisə

Bakı Nəqliyyat Agentliyi 81 nömrəli avtobusun qapısının açıq vəziyyətdə idarə olunması nəticəsində yıxılan sərnişinin ölməsinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, qurum rəsmisi Mais Ağayev 28.05.2017 tarixində 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparıldığını bəyan edib:

“81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağrılıb və izahatları alınıb. Həmin izahatlara əsasən sərnişin Cümşüd Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb.”

Mais Ağayev qeyd edib ki, sürücü Cümşüd Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib:

“Ümumiyyətlə, avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub. Hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X