Qafqaz Müsəlmanları İdarəsində keçirilən dəyirmi masada ANS televiziyasının “Günəbaxan” verilişində səslənən fikirlərlə bağlı ciddi narazılıq bildirilib Qafqaz Müsəlmanları İdarəsində keçirilən dəyirmi masada ANS televiziyasının “Günəbaxan” verilişində səslənən fikirlərlə bağlı ciddi narazılıq bildirilib

Gülər Əhmədovanın qardaşını hədələdilər

Qafqaz Müsəlmanları İdarəsində keçirilən dəyirmi masada ANS televiziyasının “Günəbaxan” verilişində səslənən fikirlərlə bağlı ciddi narazılıq bildirilib



APA-nın məlumatına görə QMİ-də Əkrəm Əylislinin "Daş yuxular" əsərinin müzakirəsi zamanı Bakının Nardaran qəsəbəsinin camaatı adından çıxış edən Hacı Hacıağa Nuriyev əsərdə İslama və Azərbaycan xalqına qarşı olan məqamlara etiraz etdikdən sonra kənd camaatı adından ANS-in əməkdaşı İlqar Mikayıloğlunu da tənqid edib. O deyib ki, aparıcı canlı efirdə mütəmadi olaraq Azərbaycan xalqının, müsəlmanların, xüsusilə də nardaranlıların heysiyyəti ilə oynayır: "Məsələn, o efirdən deyir ki, qız uşaqlarına hicab geyindirmək torbaya salmaq deməkdir və sair. Bu nə deməkdir?! O, bizim dinimizi, heysiyyətimizi təhqir edir! Biz cənab şeyxdən və ölkə rəhbərliyindən xahiş edirik ki, televiziyalarda dinimizi təhqir edənlərə ciddi cavab verilsin".

Allahşükür Paşazadə isə cavab olaraq bildirib ki, bir gün QMİ-də toplaşaraq bu məsələləri müzakirə etmək lazımdır: "Bir dəfə sizin camaatın, ümumiyyətlə, dindarların və televiziya nümayəndələrinin iştirakı ilə bunu birdəfəlik müzakirə edib qərar verərik".


AzNews.az