15:45
(077) 610-22-33

Binədə yol qəzası - 1 nəfər öldü

  • >
2 301 18 İyul 12:43 | Hadisə

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 17-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuz Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Babək rayon sakini Mehman Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bağla X