Qubada ayılar arıxanaya hücum edib. Qubada ayılar arıxanaya hücum edib.

Ayılar arıxanaya hücum etdi

Qubada ayılar arıxanaya hücum edib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.

Arıçı Namiq Abidov bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib".

AzNews.az