Bakıda avtomobil qadını vuraraq öldürüb. Bakıda avtomobil qadını vuraraq öldürüb.

60 yaşlı qadını avtomobil vurdu

Bakıda avtomobil qadını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, aeroport yolunun Mərdəkan qəsəbəsindən keçən hissəsində təqribən 60 yaşlı, Rəna adlı qadını (soyadı hələlik məlum deyil - red) minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, orda dünyasını dəyişib.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə qadın yerüstü piyada keçidinin altından keçərkən baş verib. O, keçiddən istifadə etməyib.

Fakt araşdırılır.

AzNews.az