Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Opel” ilə “VAZ 2107” toqquşdu

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az