18:32
(077) 610-22-33

Magistral qaz xəttində partlayış

  • >
156 25 Fevral 2013 08:54 | Hadisə

Xaçmaz rayonunun Ləcət kəndi ərazisində magistral qaz xəttində partlayış olub.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə fevralın 24-də axşam saatlarında kəndin yaxınlığından keçən, Xudat şəhərini, Yalama və ətraf kəndləri mavi yanacaqla təmin edən yüksəktəzyiqli magistral xətdə baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda ərazidə təmir işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X