Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıda bina yandı - 23 nəfər təxliyə olundu

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.