Avtomobil oğruları iş adamının avtomobilinin uzaqdan idarə edilən kilidləməsinə müdaxilə edərək qapının bağlanmasına mane olublar və biznesmenin çantasını avtomobildən oğurlayıblar. Avtomobil oğruları iş adamının avtomobilinin uzaqdan idarə edilən kilidləməsinə müdaxilə edərək qapının bağlanmasına mane olublar və biznesmenin çantasını avtomobildən oğurlayıblar.

Oğrular iş adamının maşınını yardı

Avtomobil oğruları iş adamının avtomobilinin uzaqdan idarə edilən kilidləməsinə müdaxilə edərək qapının bağlanmasına mane olublar və biznesmenin çantasını avtomobildən oğurlayıblar.

AzNews.az xəbər verir ki, İstanbulda qohumlarını ailəsi ilə ziyarət etməyə gedən iş adamı qayıdarkən içərisində lazımı sənədləri, külli miqdarda pulu olan çantasının oğurlandığını görüb. İş adamı polisə müraciə edərək maşını park etdiyi yerin orada yerləşən mağazaya aid kamera görüntülərini araşdırmağı tələb edib. Hadisə ilə bağlı araşdırma aparsalar da məlum olub ki, həmi ərazidə kamera quraşdırılmayıb və buna oxşar hadisələr dəfələrlə təkrarlanıb, oğrular əlcəkdən istifadə etdiklərinə görə barmaq izlərini də götürmək mümkün olmayıb.