Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”ə basqın edib. Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”ə basqın edib.

Hotelə basqın - Ölənlər var

Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”ə basqın edib.

AzNews.az xəbər verir ki, bir neçə adam girov götürülüb, öldürülənlər var. Bu barədə Tolo News telekanalı Əfqanıstan polisinə istinadən məlumat verib. Ölkənin Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Polis binanın ətrafındakı ərazini bağlayıb. Hazırda təhlükəsizlik qüvvələri hücum edənləri zərərsizləşdirməyə çalışır. Məlumata görə, terrorçular binanın ən yuxarı mərtəbələrindən atəş edirlər. Hadisənin 3 kamikadze tərəfindən törədildiyi deyilir.