Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda tanışların içki məclisində qanlı dava

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az Publika-ya istinadən xəbər verir ki, rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.

Onların zarafatı sonradan bir-birlərinə xoş gəlməyib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübhisə zamanı Adil Səfərova tanışı stolun üstündə meyvə soymaq üçün qoyulan bıçaqla xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanııb.