Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb. Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.

Maşın piyadanı vuraraq iki ayağını qırdı

Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb.

Yaralı dərhal TTYX-ya çatdırılıb. Müayinə edilən şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az