22:54
(077) 610-22-33

Sərksiyan bu gün Putinlə görüşə gedəcək

  • >
509 11 Mart 2013 10:17 | Hadisə

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Modern.az bildirir ki, bu Sərkistyanın prezident seçkilərindən sonra ilk xarici səfəridir. Ermənistan prezidentinin mətbuat xidmətinin açıqladığı rəsmi məlumata görə, martın 12-də S. Sərkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Görüş zamanı erməni-rus münasibətləri, siyasi, iqtisadi-ticarət və humanitar sahədə olan məsələlər müzakirə olunacaq. "İkitərəfli münsasibətlərdən savayı hər iki prezident MDB məkanında interrasiya proseslərinin inkişafı gündəliyə salınmış vacib məsələləri də müzakirə edəcəklər"-deyə rəsmi açılqmada bildirilir. Bu görüşdə Dağlıq Qarabağ probleminin müzakirə edəcəyi barədə heç nə deyilməyib.

Sonuncu dəfə Putinlə Sərkisyan 2012-ci ilin dekabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində və Avrasiya İqtisadi Şurasının iclasında görüşüblər.

AzNews.az
Bağla X