- Köhnə - Hadisə
- 20 Aprel 2018 15:31
- 2 788
Yataqxanada yanğın - 10 nəfər təxliyə edilib
Bakının Səbail rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində 10 kv.m sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.