- Köhnə - Hadisə
- 20 İyun 2018 23:23
- 4 333
Lənkəran sakini döyüldü - Dəmir paçası ilə
Lənkəran rayonunun Liman şəhərində döyülmə hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Nəriman Nərimanov küçəsi, 72 ünvanında yaşayan Xalid Həsənov adlı yerli sakin biçin yerində ot bağlaması üstündə iki həmyerlisi ilə mübahisə edib.
Mübahisə sonradan davaya çevrilib və X.Həsənov həmyerliləri tərəfindən dəmir parçası ilə döyülüb. Dava zamanı ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.