Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb. Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

Ağdamda "ZİL" yandı - Fotolar

Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində baş verib.

Seymur Rəhimovun idarə etdiyi QAZ-53 markalı maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır.

image description image description image description image description