Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistralında piyadanı avtomobil vurub

Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən 50 yaşlarında kişini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Travmatik şok keçirdiyindən piyadanın kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.