08:28
(077) 610-22-33

Mingəçevirdə ağır qəza: ölən var

  • >
382 1 Aprel 2013 12:17 | Hadisə

Mingəçevirdə ağır yol qəzası baş verib




Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Mingəçevir şəhərində qeydə alınıb. Hadisə zamanı Şəhər sakini Tural Kərimovun idarə etdiyi "VAZ-2106", Rizvan Kərimovun idarə etdiyi "VAZ-21011", Gəncə şəhər sakini Knyaz Abdullayevin idarə etdiyi "VAZ-21099", Tərtər rayon sakini Gündüz Məmmədovun idarə etdiyi "Opel" və Bakı şəhər sakini Tural Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində yaralanmış T. Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, onun xəsarət almış sərnişini - Mingəçevir şəhər sakini Ramil Hüseynov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X