19:57
(077) 610-22-33

Nardaranda aksiya baş tutdu: Yenilənib FOTO- VİDEO

  • >
330 1 Aprel 2013 13:19 | Hadisə

Nardaranda dindarların aksiyası başlayıb. Modern.az-ın məlumatına görə, aksiyada dindarlar sosial problemlərin həlli, hicaba olan qadağaların götürülməsi, həbsdə olan İslam Partiyası fəallarının və son vaxtlar saxlanılmış gənc fəalların azadlığa buraxılması tələbi ilə şüarlar səsləndirirlər. Aksiyada xeyli sayda insan iştirak edir.

01.04.2013 14:54
Daxili İşlər nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Qeyd edək ki, Taleh Bağırov dindardı və onun tutulmasına görə, dindarlar bu gün saat 15:00-da Nardaranda aksiya keçirəcəklərini bildiriblər.

AzNews.az





Bağla X