19:21
(077) 610-22-33

“NİDA“çılar hakim qarşısına çıxacaq

  • >
336 2 May 2013 07:40 | Hadisə

Bu gün saat 11:30-da Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi olacaq.

Bu barədə M.Əzizovun vəkili Fariz Namazlı məlumat verib. Fariz Namazlının sözlərinə görə, proses Nəsimi rayon Məhkəməsində keçiriləcək. Məmməd Əzizov haqqında seçilmiş həbs-qəti imkan tədbiri başa çatdığı üçün yenidən iki ay artırılacaq.

Bundan başqa ayın 3-ü saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində N!DA vətəndaş hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənovun ev dustaqlığına buraxılması haqda şikayətə baxılacaq. Şikayət birinci instansiya məhkəməsində ev dustaqlığının təmin olunmamasından verilib.

Qeyd edək ki, "Nida" Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov qanunsuz olaraq həbs olunub. İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq "Amnesty İnternational" təşkilatı gəncləri vicdan məhbusu elan edib.//elitar.az//

AzNews.az
Bağla X