10:24
(077) 610-22-33

Röyanın pərəstişkarını qəbirdən kim çıxarıb? – TREST AÇIQLAMA VERDİ

  • >
163 3 May 2013 10:14 | Hadisə

“Başdaşının qoyulmasıyla bağlı problem olub, hazırda bu məsələ tam araşdırılır”



Vətəndaşlara Xidmət Tresti "Qurd qapısı" məzarlığında dəfn olunan Nuriyev Xəyal Vahid oğlunun cəsədinin 2 il əvvəl dəfn olunduğu yerdən çıxarılaraq başqa yerdə dəfn edilməsi ilə bağlı yayılan məlumatları araşdırır. Bu barədə məlumat AzNews.az-a Trestdən verilib.

Trestin baş mühəndisi Sabir Həsənov AzNews.az bildirib ki, "Qurd qapısı" məzarlığı trestin balansındadır: "Bu məlumat dərhal qəbiristanlıq müdiri ilə araşdırıdı. Məlum oldu ki, ilkin məlumata görə, orada başdaşının qoyulmasıyla bağlı problem olub, hazırda bu məsələ tam araşdırılır və əlavə məlumat veriləcək".

Qeyd edək ki, müğənni Röyanın pərəstişkarı kimi tanınan və vərəm xəstəliyindən vəfat edən Xəyal Nuriyevə məzar yerinin millət vəkili Qənirə Paşayevanın köməkliyi ilə alındığı bildirilir. Amma bu günlərdə dostları Xəyalın məzarını ziyarət etməyə gedərkən onun məzardan çıxarılaraq başqa yerdə dəfn olunduğunu görüblər. X. Nuriyevin yeni məzarı isə zibilxananın yanındadır. Bununla bağlı Qafqazinfo.ya danışan Xəyalın yaxın dostu Şəbnəm Əhmədova aşağıdakıları deyib:

"Biz dostlarımızla birlikdə həmişə Xəyalın qəbrini ziyarətə gedirdik. Onun məzarının harda olduğunu yaxşı bilirik. Amma dünən getdik gördük ki, meyiti dəfn elədiyimiz yerdən çıxardıblar və həmin yerdə başqa bir şəxsi dəfn ediblər. Xəyalın məzarını isə lap aşağı - zibilxananın yanına aparıblar. Bu barədə heç kimə əvvəlcədən məlumat verilməyib. Biz orda çalışan insanlardan soruşduq ki, nəyə görə belə etmisiz? Amma bizim sualımızı cavablandıran biri tapılmadı".

Elnarə Əlosmanqızı
AzNews.az

Top xəbərlər
Bağla X