14:45
(077) 610-22-33

AST Telmanın milyardlıq oteli yaxşıların siyahısına düşmədi

  • >
193 3 May 2013 15:20 | Hadisə

Türkiyənin ən yaxşı otellərinin siyahısı açıqlanıb.

Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Avropanın ən böyük otel və istirahət məkanlarını dəyərləndirmək üzrə ixtisaslaşan "Zoover" şirkətinin tərtib etdiyi siyahıda Azərbaycan əsilli iş adamı Telman İsmayılovun "Mardan Place" otelinin adı yer almayıb.

Türkiyənin 25 ən yaxşı otelinin yer aldığı siyahıda ilk üçlükdə "Işıl Club Milta", "Royal Dragon", və "Turquosie Resort hotel&spa" otelləri qərarlaşıb.

Qeyd edək ki, 3,5 ilə tikilən və 2009-cu ilin mayında istifadəyə verilən "Mardan Place"

otelinin tikintisinə 1,4 milyard dollar, təkcə çəngəl-bıçağına 17 milyon dollar xərclənib. "Mardan Place" otelində 560 otaq, 11 restoran və 11 kafe-bar var. Otelin açılışına Paris Hilton, Şeron Stoun, Maria Karey və Monica Bellucci kimi ulduzlar qatılıb. "Mardan Place" investisiya qoyuluşu ilə dünyanın ən lüks üçüncü oteli statusunda fəaliyyətə başlayıb. Ancaq hələ 2010-cu ilin oktyabr ayında "Mardan Place" otelinin elektrikə görə yaranmış 2,3 milyon dollar borcunu ödəyə bilmədiyi barədə məlumatlar yayılmışdı.

AzNews.az
Bağla X