20:38
(077) 610-22-33

Millət vəkili və qardaşları yenidən məhkəmə qarşısında

  • >
170 8 May 2013 09:14 | Hadisə

"Nikoil Bank" deputat Rəfael Cəbrayılovu və qardaşlarını yenidən məhkəməyə verib

"Nikoil Bank" deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verib. Bu barədə "Qafqazinfo"ya məhkəmə orqanlarından məlumat verilib.

Belə ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və "Dərhal" MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.

İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf , Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki"nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.

Məhkəmə həmin iddianı qismən təmin dərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib.

Qeyd edək ki, bundan əvvəl də bank deputata və onun qardaşlarına, həmçinin qohumları Akif Amanəliyevə qarşı iddia qaldırıb. Həmin iddia bankın xeyrinə təmin olunub.

Mətbuat deputat və qardaşlarının tikinti biznesi ilə məşğul olduğunu yazır. R.Cəbrayılov isə bu barədə iddiaları qəbul etmir.

AzNews.az
Bağla X