08:03
(077) 610-22-33

Nazirliyin işçiləri köməyə çatdılar

  • >
273 8 May 2013 09:40 | Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1939-cu il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Qadın xilas edilib. Əməliyyat saat 09:56-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 06:41-də başa çatıb.

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 200 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus tikinti materialları satışı mərkəzinin ərazisində ümumi sahəsi 15 kv.m olan lambirdən ibarət gözətçi otağının yanar konstruksiyaları yanıb. Yanğın zamanı gözətçi yanıq xəsarətləri alaraq vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 1941-ci il təvəllüdlü qadının mənzildə bağlı qapı arxasinda köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə pəncərədən daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olub. Əməliyyat saat 04:09-da başa çatıb.

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağında "SAMSUNG" markalı televizor və "LG" markalı kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 22:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin (1920-ci il inşa olunmuş, arakəsmə divarları taxta konstruksiyalardan və dam örtüyü qamışdan ibarət) 2 otağının yanar konstruksiyaları, ev əşyaları 45 kv.m və bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X