16:29
(077) 610-22-33

Millət vəkili təkzib etdi: “Bankla heç bir problem yoxdur“

  • >
131 8 May 2013 12:35 | Hadisə

"Qardaşlarım çox böyük bizneslə məşğuldurlar. Onların biznesinin 100 milyondan çox dəyəri var"

Bu fikirləri modern.az saytına millət vəkili Rafael Cəbrayılov , "Nikoil Bank" tərəfindən məhkəməyə verildiyi barədə məlumatları şərh edərkən bildirib.

Mətbuatda haqqında yayılan məlumatların cəfəngiyyat olduğunu deyən deputat açıqlamasında hansısa bank tərəfindən məhkəməyə verilmədiyini deyib.

Qardaşlarının böyük biznesmen olduğunu deyən R.Cəbrayılov bu xəbərlərin ona qarşı məqsədli şəkildə yayıldığını bildirib.

"Bu hadisə noyabr ayında olmuşdu. Mənim qardaşlarım böyük bir bizneslə məşğuldurlar. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işində içində milyonyarım borcun olması normal hal deyil?

Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdır. Mən varam deyənə bu insanlar bizneslə məşğul olmamalıdırlar? Bankdan normal qaydada kredit götürüblər. Bankla heç bir problem yoxdur. İndi banka 824 min borc qalıb. Bankın bu barədə heç bir narazılığı yoxdur. Bu məlumatı yayanlar kimdirlərsə xoş niyyətlə eləmirlər.

Mənim iki qardaşım təxminə 40 yaşları olan insanlardır. Onların bizneslərinin 100 milyona yaxın dəyəri var. Bu məbləğin içində 824 min nədir ki? Bunun mənə nə aidiyyatı var?"-deyə deputat açıqlayıb.

Qeyd edək ki, "Nikoil Bank"ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsi ilə bağlı yenidən xəbər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki"nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

AzNews.az
Bağla X