Rusiyanın Sankt-Peterburq şəhərində dörd Azərbaycan vətəndaşı və erməni əsilli sahə müvəkkildən ibarət cinayət dəstə məhkəmə qarşısında duracaq Rusiyanın Sankt-Peterburq şəhərində dörd Azərbaycan vətəndaşı və erməni əsilli sahə müvəkkildən ibarət cinayət dəstə məhkəmə qarşısında duracaq

Oğurluqla məşğul olan dəstənin istintaqı yekunlaşdı

Rusiyanın Sankt-Peterburq şəhərində dörd Azərbaycan vətəndaşı və erməni əsilli sahə müvəkkildən ibarət cinayət dəstə məhkəmə qarşısında duracaq



APA-nın Sankt-Peterburq şəhər Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onların cinayət işi üzrə istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

İstintaqla müəyyən edilib ki, mühakimə olunacaq şəxslər 2012-ci ilin aprel-oktyabr ayları ərzində 2 yük və 2 minik avtomobillərini oğurlayaraq maşın sahiblərinə 4 milyon rubl məbləğində ziyan vurublar. Dəstə üzvləri Rusiya Federasiyanın Cinayət Məcəllənin 158 maddə üzrə (oğurluq) ittiham olunurlar.

AzNews.az