14:44
(077) 610-22-33

AzNews.az-a hücum - TƏXRİBAT

  • >
149 15 May 2013 09:36 | Hadisə

Baş redaktor Elçin Zahiroğlunun “facebook” və mail adresləri sındırıldı



Dünən günorta saatlarından etibarən AZNEWS.AZ saytına haker hücumu başlayıb. Saytımızın texniki işçilərinin səyləri nəticəsində hücumun qarşısı qismən alınsa da, saytın fəaliyyətində müəyyən problemlər yaranıb.

Dünəndən başlayan haker hücumu bu gün səhərdən etibarən yenidən davam edib. Hazırda İT şöbənin əməkdaşlarının fəaliyyəti nəticəsində saytın iş rejimi tam dayanmayıb. Ancaq hücumlar çox intensiv şəkildə davam edir. Günün irəliləyən saatlarında saytın fəaliyyətinin dayanmaq ehtimalı var.

Onu da bildirək ki, dünəndən başlayan haker hücumu təkcə AZNEWS.AZ saytına qarşı deyil, həm də saytın baş redaktoru Elçin Zahiroğlunun şəxsi "facebook" və mail hesablarına da edilib. Baş redaktorun hesablarını ələ keçirməyə çalışan hakerlərin bu cəhdlərinin qarşısı müəyyən qədər alınsa da, yekunda onlar E.Zahiroğlunun həm "facebook", həm də mail hesablarının şifrələrini ələ keçiriblər.

Qeyd edək ki, məhz bu məqam onu deməyə əsas verir ki, hakerlər bu işlə peşəkar formada məşğul olan şəxslərdir. Çünki baş redaktor şəxsi hesablarının şifrələrini bir neçə dəfə dəyişsə də, onların ələ keçməsinin qarşısını almağa müvəffəq olmayıb.

Qabil
AzNews.az
Bağla X