07:52
(077) 610-22-33

Bakıda qadını baltaladılar - Təfərrüat

  • >
2 245 15 May 2013 13:57 | Hadisə

"Ağdam" kafesində baş verən qanlı cinayətin təfərrüatları məlum olub. İşi araşdıran sahə rəisi İslam Xəlilovun ANS PRESS-ə verdiyi məlumata görə, 45 yaşlı Bərdə rayon sakini Adil İbrahim oğlu Cəmilov 1968-ci il təvəllüdlü Könül Sabir qızı Əliyevanı oğlu ilə sevgi münasibətdə olduğu üçün öldürüb.

Belə ki, Könül uzun müddətdir Adilin oğlu 23 yaşlı Əli ilə eşq macarası yaşayırmış. Bu münasibətlərə valideynləri razı deyilmişlər. Bu yaxınlarda Adil oğlunu evləndirmək istəyib. Lakin Könül buna mane olub və dəfələrlə Əlinin telefonuna mesajlar göndərir, onu narahat edirmiş. Adil Könülə oğlundan əl çəkməsini tələb etsə də, qadın buna əhəmiyyət vermirmiş. Sonda Adil olanlardan bezib və bu gün saat 12:15 radələrində Könülün işlətdiyi "Ağdam" kafesinə gəlib. Ondan sonuncu dəfə oğlunu rahat buraxmasını tələb edib. Qadın isə onu təhqir edib. Bundan əsəbləşən A.Cəmilov baltanı Könülün başına sancıb. Ağır yaralanan qadının başından baltanı çıxara bilməyiblər. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.


13:15

Bu gün saat 12:15 radələrində Bakının Nəsimi rayonu ərazisində kafe işlədən qadını başından baltayıblar. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 3 mikrorayon ərazisində "Ağdam" kafesində qadını baltalayıblar. Baltalanan şəxs kafeni işlədən 45-50 yaşlarında olan Könül adlı qadındır. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və qadın dünyasını dəyişib.

Qadını qətlə yetirən şəxs Adil İbrahim oğlu Cəmilovdur. Polis artıq Adili saxlayıb və onu dindirir. Hazırda hadisənin baş vermə səbələri araşdırılır.

AzNews.az
Bağla X