19:15
(077) 610-22-33

Eldar Namazov məsləhətləşmək üçün Moskvaya getdi

  • >
332 24 May 2013 14:19 | Hadisə

Məqsəd Rüstəm İbrahimbəyovla Milli Şura barədə yekun məslətləşmələr aparmaqdır

"El" hərəkatının lideri Eldar Namazov bu gün Moskvaya yola düşüb. Bu barədə musavat.com-a bilgili mənbələrdən xəbər daxil olub.

Bildirilir ki, Eldar Namazovun Moskvaya getməsinin başlıca səbəbi Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovla görüşməkdir. E.Namazov R.İbrahimbəyovla bu günlərdə elan olunması gözlənilən Milli Şura barədə son məsləhətləşmələr, dəqiqləşdirmələr aparacaq.

Daha sonra bildirilir ki, E.Namazov Moskvadakı görüşlərini başa çatdırdıqdan sonra birbaşa Türkiyəyə uçacaq və mayın 26-da qardaş ölkədə keçirilən, böyük öndərlər Rəsulzadə və Elçibəyə həsr olunan tədbirdə iştirak edəcək. Qeyd edək ki, həmin tədbirə Müsavat Partiyasının hazırda İsveçdə olan başqanı İsa Qəmbər də qatılacaq. Mayın 26-dan 27-nə keçən gecə hər iki siyasətçi Bakıya dönəcəklər.

AzNews.az
Top xəbərlər
Bağla X