- Köhnə - Hadisə
- 6 İyun 2013 09:34
- 1 971
Anasını zorlamaq istəyən oğlanı atası bıçaqladı - BAKIDA
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən verilən məlumata görə, 1986-cı il təvəllüdlü Mixail Yuryeviç Dronov atası tərəfindən bıçaqlanıb. Bu barədə polis bölməsinə Yuri özü məlumat verib.
O, izahatında bildirib ki, oğlu spirtli içki düşkünüdür. O, hər gün evə sərxoş gəlir və qalmaqal törədirmiş. Bundan əlavə evin əşyalarını satıb, pulu içkiyə verib. Yurinin sözlərinə görə, gecə Mixail evə sərxoş gəlib və anasına hücum çəkib. İddiaya görə, gənc anasını zorlamaq istəyib.
Qarnından və qolundan bıçaq xəsarətləri alan Mixail Dronov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə şahidlərinin dediklərinə görə, gənci anası bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.//anspress//
AzNews.az