05:52
(077) 610-22-33

Dəhşətli qətlin üstü açıldı

  • >
492 6 Avqust 2012 13:40 | Hadisə


Azərbaycanda baş vermiş dəhşətli qətlin üstü açılıb. AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə verilmiş məlumatla əlaqədar həyata keçirilən araşdırmalar zamanı onun 2011-ci ilin yanvar ayının 16-da qardaşı Əli Ələkbərov və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib. G. Ələkbərova Sabirabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Hadisənin digər iştirakçısı Ə. Ələkbərov isə 2011-ci ilin aprel ayında öz əcəli ilə dünyasını dəyişib.

Sevinc

AzNews.az


Bağla X