- Köhnə - Hadisə
- 9 Noyabr 2013 18:13
- 5 466
Moskvada azərbaycanlı qəzada yandı- Video
Anspress-ə istinadən xəbər verilir ki, "Honda" markalı avtomobil yolun qarşıdan gələn zolağına çıxaraq çörək daşıyan "Qazel"lə toqquşub.
Zərbə həddindən güclü olub. Yük maşının kuzasının qabaq hissəsi zədələnib və kapot qoparılıb. "Honda" isə ani yanıb və sürücünü çıxarmaq mümkün olmayıb. O, hadisə yerində keçinib. "Honda"nın həlak olan sürücüsü 41 yaşlı Azərbaycan vətəndaşı Müğdət İsmayılov olub. "Qazel"i idarə edən Tacikistan vətəndaşı Əbubaci Babaconov ağır şəkildə reanimasiyaya yerləşdirilib.
AzNews.az