15:42
(077) 610-22-33

Şəmkirdə mikroavtobus qəza törətdi; ölən və yaralananlar var

  • >
227 12 Noyabr 2013 09:15 | Hadisə

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Dövlət Yol Polisi İdarəsinin İstintaq və tədqiqat şöbəsinin müstəntiqi Kərim Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə ötən gün saat 22.30 radələrində Bakı-Qazax magistral yolunun 374-cü kilometrliyində, Şəmkir rayonu Könüllü kəndi ərazisində baş verib.

Şəmkir rayonunun Könüllü kənd sakini, 54 yaşlı Raqif Hüseynovun idarə etdiyi "QAZel" markalı avtomobillə Gürcüstan vətəndaşı, 22 yaşlı Muras Sadıqovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil toqquşub. Hadisə zamanı "QAZel"in sürücüsü R.Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. "Mercedes Vito"da olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Müstəntiq K.Məmmədovun dediyinə görə, hadisəyə "QAZel"in qəfildən magistral yol çıxması səbəb olub. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az
Bağla X