00:44
(077) 610-22-33

Murtuz Ələsgərov dünyasını dəyişdi

  • >
1 097 7 Avqust 2012 08:30 | Hadisə

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov 84 yaşında vəfat edib. AzNews.az-ın "Lent.az"a istinadən yaydığı məlumata görə, M. Ələsgərov uzun sürən xəstəlikdən sonra bu gün Bakı şəhərində dünyasını dəyişib.Qeyd edək ki, Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.


AzNews.az

Bağla X