21:23
(077) 610-22-33

Bakıda gənc qızı qatar vurdu- VİDEO

  • >
520 13 Noyabr 2013 08:15 | Hadisə

Mobil qurğular həyatımızı təhlükəyə atmağa davam edir. Belə ki, Sabunçu rayonunda gənc qızı qatar vurub.

Qatarın zərbəsinə tuş gələn gənc Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasında ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Anoloji hal bir neçə ay bundan əvvəl də baş verib. Lakin o vaxt hər şey daha faciəvi bitmişdi. 21 yaşlı gənc Koroğlu metrostansiyanın yaxınlığında elektrik qatarının altına düşmüşdü. Qulaqcıq taxan gənc qatarın yaxınlaşmasını eşitməmiş və hadisə nəticəsində hər iki ayağını itirmişdi.

Əfsuslar olsun ki, sonuncu olmayan bu kimi hallardan insanların nəticə çıxarıb çıxarmadığını öyrənmək üçün şəhər sakinlərin arasında müşahidə apardıq. Yenədə qulaqlarda qulaqcıqlar yaxud mobil telefonla danışaraq yolu keçənlərin şahidi olduq. Bu hərəkətləri ilə həyatlarını təhlükə altına atanların bəziləri özlərinə haqq da qazandırdılar. Apardığımız müşahidələr zamanı səhv etdiklərini boyunlarına alanlar da oldu.

Etiraf edək ki, bu laqeyidlik təkcə bizim yollarda baş vermir. Xarici ölkələrdə dəmir və avtomobil yollarında mobil telefon və qulaqcıqlardan istifadə edərək yol keçənlərin nəqliyyat vasitələrinin zərbəsinə tuş gəlməsi faktları kifayət qədərdir.

Deməli istər avtomobil, istər dəmir yolunu keçərkən laqeyidcəsinə mobil telefondan istifadə həm cibimizə və ən əsası həyatınıza ciddi zərbə ola bilər. Seçimimizdə isə sərbəstik.(anspress)



Bağla X