17:33
(077) 610-22-33

Bakı-Ağstafa qatarında qəza: xəsarət alanlar var- Yenilənib

  • >
491 23 Noyabr 2013 08:56 | Hadisə

Azrbaycan Dövlət Dəmir Yolu QSC-dən xəbəri AzNews.az-a təsdiqləyiblər.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, elektrik dirəyi vaqonlardan birinin üstünə aşıb:

"Bir neçə saat ərzində qəzanın nəticələri aradan qaldırılıb. Bizə xəsarət alanlarla bağlı məlumat daxil olmayıb. Hazırda qatar hərəkətini davam etdirir. Hadisənin səbəbləri araşdırılır"


***
09:34
Dünən axşam saat 22.10-da yola düşən Bakı-Ağstafada qatarında qəza baş verib.

Sərnişinlərin AzNews.az-a verdiyi məlumata görə, Kürdəmirin Sığırlı stansiyasında elektrik dirəyi qatarın 6-cı vaqonunun üstünə aşıb.

Gecə saat 3-də baş verən hadisə nəticəsində qatarın 6-cı vaqounu sıradan çıxıb. Sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.

Qəza nəticəsində qatarın hərəkəti səhər saat 8-ə qədər dayandırılıb. Bu müddət ərzində sərnişinlər vaqonlardan kənara buraxılmadığından sərnişinlər arasında narazılıq yaranıb.

Mənzil başına gecikmə ilə çatan sərnişinlərin bir çoxu növbəti stansiyada qatardan düşərək başqa nəqliyyat vasitəsi seçiblər.

Elnarə
AzNews.az
Bağla X