08:40
(077) 610-22-33

Bakıda piyadanı öldürüb qaçan sürücü tapıldı

  • >
337 25 Noyabr 2013 15:57 | Hadisə

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi paytaxtda vurulan piyada ilə bağlı birgə məlumat yayıb.

Bildirilib ki, noyabrın 23-də saat 21 radələrində paytaxtın Binəqədi rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada, 1956-cı il təvəllüdlü Məmmədov Qaramolla Xasay oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən noyabrın 24-də xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin Məmmədov Allahverdi Valeh oğlunun idarə etdiyi "Kamaz" markalı avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.


AzNews.az
Bağla X