- Köhnə - Hadisə
- 10 Dekabr 2013 11:19
- 1 892
Qusarda kişi şaxtadan donub öldü
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 9-da Qusar rayonu Yırğıkek kənd sakini Şeydabəy Novruzbəyov həyətində şaxtadan donaraq ölüb.
Araşdırmalar aparılır.
Qeyd edək ki, son günlərdə ölkənin şimal bölgələrində qarlı-şaxtalı hava şəraiti müşahidə olunur.
AzNews.az