09:05
(077) 610-22-33

Zakir Həsənov yeni rəis təyin etdi

  • >
565 13 Dekabr 2013 16:48 | Hadisə

Zakir Həsənovun kadr islahatlarının ilk hədəfi hesab olunan Büdcəyə nəzarət və maliyyə idarəsinin rəisi, polkovnik Elçin Mehdiyevin yerinə yeni kadr təyin edilib.

Artıq iki aya yaxındır ki, yeni vəzifəsini icra edən Zakir Həsənov keçmiş Müdafiə naziri Səfər Əbiyevin adamı hesab olunan Elçin Mehdiyevi cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərdikdən sonra onun yerinə vaxtilə bir yerdə işlədiyi Daxili Qoşunların Maliyyə Şöbəsinin rəisi polkovnik-leytenant Namiq Poladovu gətirib.

Xatırladaq ki, Namiq Poladov Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il may ayının 6-da imzaladığı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə məlumatı yalnız iki gündən sonra verə bilərlər.(axar.az)
Bağla X