08:05
(077) 610-22-33

Zaqatalada sabiq mühafizəçi intihar edib

  • >
789 17 Dekabr 2013 00:01 | Hadisə

Zaqatalada mühafizə xidmətinin keçmiş əməkdaşı intihar edib.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna veilən məlumata görə, hadisə dekabr 16-da axşam saat 21.00 radələrində rayonun Mosul kəndində baş verib.

Zaqatala rayonu Mosul kənd sakini, 1977-ci il təvəllüdlü Səmədov Mirzə Rizvanulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asaraq intihar edib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Mirzə Səmədov ailəlidir, iki övlad atası idi. O əvvələr Zaqatala rayonunda mühafizə xidmətində çalışıb.

Mirzə Səmədovun hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Fakla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


AzNews.az
Bağla X