04:55
(077) 610-22-33

Polis İdarəsinin sabiq işçisinə hökm oxundu

  • >
309 17 Dekabr 2013 16:51 | Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Qəhrəman Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Bədəlov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Q. Bədəlov mayın 11-də sevgilisi Yeganə Məmmədovanı boğaraq qətlə yetirib. Aparılan araşdırmalar zamanı Q. Bədəlovun Nizami Rayon Polis İdarəsində kuryer işlədiyi, Y. Məmmədova ilə münasibətlərinin olması və aralarında yaranmış münaqişə nəticəsində hadisənin baş verdiyi məlum olub. (apa)
Bağla X